Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında" Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun "İllik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarına" müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2003-cü il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.
Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini və Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2003-cü il büdcəsinin icrası gəlirlər 1 820 493,2 milyon manat, xərclər 1 180 120,2 milyon manat məbləğində olmaqla və ya Dövlət Neft Fondunun 2003-cü il büdcəsində nəzərdə tutulduğundan müvafiq olaraq 49,2 % artıq gəlirlə və 3,1% kəsirlə aşağıdakı kimi təsdiq edilsin:
Sıra №-si | Göstəricilər | min manatla |
Gəlirlər cəmi: | 1 820 493,2 | |
o cümlədən | ||
1 | Azərbaycan Respublikasının payına düşən xam neftin satışından əldə edilən gəlir (qanunvericiliklə nəzərdə tutulmuş ödənişlər çıxılmaq şərti ilə) | 869 008,3 |
2 | Bonus ödənişləri | 608 945,8 |
3 | Akrhesabı ödənişlər | 94 555,3 |
4 | Xarici şirkətlərlə bağlanmış müqavilələr çərçivəsində dövlət əmlakından istifadə üçün icarə haqqı | 586,4 |
5 | Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir | 183 784,1 |
6 | Digər gəlirlər və daxilolmalar | 63 613,3 |
Xərclər cəmi: | 1 180 120,2 | |
o cümlədən | ||
1 | Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 22 avqust tarixli 562 nömrəli "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında", 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 2002-ci il 13 may tarixli 700 nömrəli "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanlarının icrası ilə bağlı xərclər | 99 812,9 |
2 | Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyul tarixli 739 nömrəli Fərmanına əsasən Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri Layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərclər | 576 000,0 |
3 | Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsinə transfert | 500 000,0 |
4 | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 4 307,3 |
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 sentyabr 2004-cü il