oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə qərara alıram:

1.Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri 10 589 701,9 min manat, xərcləri isə 12 789 674,6 min manat məbləğində təsdiq edilsin.

2.Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:


Sıra

№-si


Gəlir mənbələri

Gəlirlərin məbləği (min manat)




2.1.

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlər in satışından əldə edilən xalis gəlir (karbohidrogenlərin nəqli üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçis i, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya

iştirak payına düşən gəlirlər istisna olmaqla)




8 578 995,4

2.2.

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar müqavilə

sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri

5 283,6

2.3.

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə

ötürülməsindən əldə edilən gəlir

23 290,0

2.4.

Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsində n

və idarə olunmasından əldə edilən gəlir

1 216 792,9

2.5.

Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar

765 340,0


Cəmi

10 589 701,9


1.Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:


Sıra

№-si


Xərc istiqamətləri

Xərclərin məbləği (min manat)

3.1.

Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi

12 710 000,0


3.2.

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi


27 836,0



3.3.

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələri ndə təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamında nəzərdə tutulan Dövlət Proqramının

maliyyələşdirilməsi



17 850,0

3.4.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməs i ilə bağlı xərclər

33 988,6


Cəmi

12 789 674,6


1.“2022-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasəti” təsdiq edilsin (əlavə olunur.pdf).

2.“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur.pdf).



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti



Bakı şəhəri, 23 dekabr 2021-ci il