oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

“Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2430 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində dəyişikliklər edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il üçün büdcəsinin gəlirlərini və xərclərini dəqiqləşdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2430 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (I kitab), maddə 1691 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1-ci hissədə “12 073 255,5” və “12 900 232,5” rəqəmləri müvafiq olaraq “14 109 215,6” və “12 904 943,4” rəqəmləri ilə əvəz edilsin;

1.2. 2-ci hissə üzrə:

1.2.1. 2.1-ci bəndin “Gəlirlərin məbləği (min manat)” sütununda “8 146 218,8” rəqəmləri “10 197 589,6” rəqəmləri ilə əvəz edilsin;

1.2.2. 2.3-cü bəndin “Gəlirlərin məbləği (min manat)” sütununda “24 223,4” rəqəmləri “170,0” rəqəmləri ilə əvəz edilsin;

1.2.3. 2.5-ci bəndin “Gəlirlərin məbləği (min manat)” sütununda “767 244,4” rəqəmləri “775 887,1” rəqəmləri ilə əvəz edilsin;

1.2.4. “Gəlirlərin məbləği (min manat)” sütununun “Cəmi” abzasında “12 073 255,5” rəqəmləri “14 109 215,6” rəqəmləri ilə əvəz edilsin.

1.3. 3-cü hissə üzrə:

1.3.1. 3.2-ci bəndin “Xərclərin məbləği (min manat)” sütununda “33 526,0” rəqəmləri “38 237,9” rəqəmləri ilə əvəz edilsin;

1.3.2. 3.3-cü bəndin “Xərclərin məbləği (min manat)” sütununda “47 460,0” rəqəmləri “47 459,0” rəqəmləri ilə əvəz edilsin;

1.3.3. “Xərclərin məbləği (min manat)” sütununun “Cəmi” abzasında “12 900 232,5” rəqəmləri “12 904 943,4” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Neft Fondu bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 iyul 2024-cü il