oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 15.08.2011

Bildiriş 15.08.2011

Azərbaycan Respublikası Dövlət Neft Fondu (bundan sonra - ARDNF) işçilərinin tibbi sığortalanması məqsədi ilə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V fəsili ilə müəyyən edilmiş üsulla tibbi sığorta üzrə xidmətlərin satınalınması üçün təkliflər cəlb edir.
Müvafiq lisenziyası olan və tibb müəssisələri ilə müqavilələr əsasında tibbi sığorta xidmətləri göstərən sığorta şirkətləri Xidmət Təklifləri Sorğusunu (bundan sonra - XTS) almaq üçün AZ 1004, Bakı şəhəri Neftçilər Prospekti 24 ünvanında yerləşən ARDNF-ə müraciət edə bilərlər.
XTS almış sığorta şirkəti öz təklifini 22 avqust 2011-ci il tarixi saat 18:00-dan gec olmayaraq ARDNF-ə təqdim etməlidir.
XTS və digər məlumatları almaq üçün sığorta şirkətləri ARDNF-nin əlaqələndirici şəxsi E.A.Rəsulovla (012) 498-77-53 ( daxili 142) nömrəli telefon və ya emin.rasulov@oilfund.az ünvanlı elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər.

ARDNF haqqında ətraflı məlumatla www.oilfund.az saytında tanış olmaq olar.