Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından: qaynaq avadanlığı, müxtəlif təyinatlı və ölçülü borular və elektrik kabelləri, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, izolyasiya materialları, eləcə də müxtəlif təyinatlı ehtiyyat hissələri (o cümlədən avtonəqliyyat ehtiyyatı hissələri) və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 14 iyul 2011-ci il tarixədək ARDNF-yə müraciət edə bilərlər.
Əlavə məlumat üçün, ARDNF-nin Aktivlərlə iş üzrə şöbəsinin mütəxəssisi Abdulla Böyükkişiyevlə əlaqə saxlamaq olar. Telefon nömrələri: 498-77-53, 498-62-55 (daxili 193)