Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
Risklərin Ölçülməsi Sistemi xidmətinin satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR:
ARDNF Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 29 dekabr 1999-cu il tarixdə yaradılmış dövlət təsisatıdır. 30 aprel 2009-cu il tarixinə Fondun valyuta vəsaitləri 11 milyard ABŞ dollarına yaxındır.
ARDNF, investisiya portfelləri üçün risklərin ölçülməsi sistemini həyata keçirəcəkdir.
Sistemin həyata keçirilməsi müqavilə imzalandığı tarixdən etibarən 6 ay müddətində başa çatdırılmalıdır.
Tenderdə, müvafiq sahədə 5 illik təcrübəyə və minimum 5 milyon ABŞ dolları məbləğində illik gəlirə və ya kapitala malik, risklərin ölçülməsi sahəsində maliyyə sektoruna funksional və yüksək keyfiyyətli xidmətlər göstərən beynəlxalq nüfuzlu texnologiya şirkətləri iştirak edə bilərlər.
ARDNF, Azərbaycan və ya ingilis dillərində hazırlanmış Tenderin Əsas Şərtlər Toplusu (TƏŞT) və əlavə olunan Tender sənədlərini, tenderdə iştirak etmək istəyən təşkilatlara təmənnasız olaraq elektron poçt və ya poçt vasitəsi ilə çatdıracaqdır.
Tenderdə iştirak etmək istəyən maraqlı tərəflər ən geci 2009-cu il 03 iyul tarixinədək aşağıdakı sənədləri faks, eletron poçt və ya poçtla ARDNF-ə təqdim etməlidirlər:
Tender təklifləri ən geci 17 iyul 2009-cu il tarixdə yerli vaxtla saat 17:00-dək AZ1014, Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tender təkliflərinin (zərflərinin) açılması 20 iyul 2009-cu il tarixdə, yerli vaxtla saat 11:00-da ARDNF-in yerləşdiyi ünvandakı inzibati binasında keçiriləcəkdir. Təşkilatların səlahiyyətli nümayəndələri tender üzrə təklif zərflərinin açılmasında iştirak edə bilərlər.
Tender təklifləri iki mərhələli dəyərləndiriləcəkdir:
TƏŞT ilə əlaqədar suallar və sorğular RMS@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 490 57 32 nömrəli faksa (əlaqələndirici şəxs S.Ağayevə tel.: 4987753, daxili nömrə - 120) göndərilə bilər.
Azərbaycan Respublikası Dövlət Neft Fondu barədə məlumatlarla Fondun ünvanında yerləşən veb saytında tanış olmaq olar.