Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından:
(13 ⅝ " nasos kompresor boruları, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri), o cümlədən, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 2009-cu il aprelin 10-na qədər ARDNF-ə müraciət edə bilərlər.
Əlavə məlumat üçün, ARDNF-nin Aktivlərlə iş üzrə şöbəsinin müdiri Emin Qasımovla əlaqə saxlamaq olar.
Telefon nömrələri: 498-77-53, 498-62-55 (daxili 172)