Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından:
(9" 5/8, 13" 3/8, 16", 20"- düyümlü qoruyucu, keçirici borular, 30"- düyümlü aralıq borusu, diametri 430mm-lik beton örtüklə mühafizə edilmiş müxtəlif sayda borular, quyudan çıxarılmış 5-1/2" və 7" düyümlü nasos kompressor boruları, kəmərlər (qayışlar) və podşipniklər, mudmaster və qoruyucu kəmərin alt boruları, qum süzgəcləri), o cümlədən, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri, müxtəlif ölçülü elektirik kabelləri, izolyasiya materialı və digər aktivləri əldə etmək niyyətində olan şəxslər 2008-ci il sentyabrın 8-nə qədər ARDNF-ə müraciət edə bilərlər.
Əlavə məlumat üçün, ARDNF-nin Aktivlərlə iş üzrə şöbəsinin müdiri Emin Qasımovla əlaqə saxlamaq olar.
Telefon nömrələri: 498-77-53, 498-62-55 (daxili 172)