oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 18.07.2014

Tender Elanı 18.07.2014

ARDNFAzərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarlahttp://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq mümkündür.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF–in Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti “111A” nömrəli ünvanda yerləşən 22 mərtəbəli inzibati binasının (+2 səviyyəli texniki mərtəbə, 1-ci mərtəbəsi 2 səviyyəli, 2 səviyyəli zirzəmi mərtəbəsində yeraltı avtodayanacaq) və ərazisində olan texniki tikililərin (qazanxana, su anbarı, istilik və soyutma sistemləri, elektrik yarımstansiyası və s.) əmlak sığortası (a), daşınan əmlakın könüllü sığortası (a) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını əhatə edir.

Tender prosedurları2 sentyabr 2014-cü il, yerli vaxtla saat 11.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Neftçilər prospekti 24 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi(tender təklifi qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank təminatı) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 22 avqust 2014-cü il, yerli vaxtla saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə1 sentyabr 2014-cü il, yerli vaxtla saat 18.00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1000, Bakı şəhəri, Neftçilər prospekti 24, nömrəli ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün sığorta sahəsində ən azı 10 illik təcrübəyə, texniki və maliyyə imkanlarına, idarəetmə səriştəsinə və s. meyarlara üstünlük veriləcəkdir.

Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara təqdim ediləcəkdir.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tenderlə əlaqədar suallar və sorğularTSX@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 498 17 60 nömrəli faksa (əlaqələndirici şəxs Gülnar Məşədiyeva) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 135)

Tender komissiyası