Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından:
11"; 14"; 16"; - dyümlü müxtəlif sayda qoruyucu və digər təyinatlı borular, neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər, eləcə də ehtiyat hissələri və müxtəlif ölçülü elektrik kabellərini əldə etmək niyyətində olan şəxslər 23 may 2008-ci il tarixinə qədər Azərbaycan Respublikası Dövlət Neft Fonduna müraciət edə bilərlər.
Əlavə məlumat almaq üçün, 498-77-53, 498-62-55 (daxili 172) nömrəli telefon vasitəsilə ARDNF-də Aktivlərlə iş üzrə şöbənin müdiri Emin Qasımovla əlaqə saxlamaq olar.