Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş aktivlər sırasından:
9"-5/8 - düymlü qoruyucu boruları, 30"- düymlü aralıq borusu, 6";14";16";18";22";28";30"- düymlü korroziyaya qarşı örtüklü, beton örtüklü müxtəlif sayda tranzit boruları, eləcə də neft və qaz quyularında qazma işlərinin aparılması üçün böyük çeşiddə elementlər və ehtiyat hissələrini əldə etmək niyyətində olan şəxslər 25 iyun 2007-ci il tarixinə qədər ARDNF-ə müraciət edə bilərlər.
Əlavə məlumat üçün 4986255 (daxili 125 - İskəndərov Orxan) telefonla əlaqə saxlamaq olar.