oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 15.08.2018

Bildiriş 15.08.2018

“Xalq” qəzetinin 15 və 30 may 2018-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 16 lotdan ibarət açıq tenderin 3 lot üzrə nəticələri aşağıdakı kimi olmuşdur:

- Lot 8. İnformasiya texnologiyaları avadanlıqlarının və ehtiyat hissələrinin satın alınması üzrə qalib “Ultra Technologies" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 08 avqust 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır;

- Lot 10. Yazılı və sinxron tərcümə xidmətlərinin satın alınması üzrə qalib “R-BİZNES SERVİZ” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 03 avqust 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır;

- Lot 15. Bayraq dirəklərinə texniki xidmətin (bayraqların kimyəvi təmizlənməsi və bərpası daxil olmaqla) satın alınması üzrə qalib “Azərbayraq” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 03 avqust 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.