oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 03.10.2018

Tender Elanı 03.10.2018

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot 1: Müasir kiber hücumlarının qarşısının alınması üçün yeni nəsil təhlükəsizlik divarının (Palo Alto Networks NGWF) satın alınması;

Lot 2: İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki dəstək xidmətinin 1 il müddətinə uzadılması;

Lot 3: Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satın alınması;

Lot 4: Təhlükəsizlik siqnalizasiyası sistemləri üçün (Simplex, Bosch) avadanlıqların və ehtiyat hissələrinin satın alınması;

Lot 5: Nəmləndirmə avadanlıqlarının satın alınması;

Lot 6: Alpinist qurğularınınsatın alınması;

Lot 7: Avtoyuyucu avadanlığının satın alınması;

Lot 8: Texniki qurğu və avadanlıqlar üçün ehtiyat hissələrinin satın alınması.

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.

Tender prosedurları 15 noyabr 2018-ci il yerli vaxtla saat 10.00-da, ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 31 oktyabr 2018-ci il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 14 noyabr 2018-ci il, yerli vaxtla saat 18:00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSK2018@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxslər Lot 1-3 üzrə Ülvi Abdullayev (dax.: 1210), Lot 4 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 5-8 üzrə Elşad Bağırov (dax.: 1010), hüquqi məsələlər üzrə Fatimə Səlimli(dax.: 8025)).

Tender komissiyası