“Xalq” qəzetinin 21 və 28 iyul 2018-ci il tarixli nömrələrində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların, işlərin və xidmətlərin satın alınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 4 lotdan ibarət açıq tenderin 2 lot üzrə nəticələri aşağıdakı kimi olmuşdur:
-Lot 1. Nessus (Zəifliklərə qarşı skaner sistemi) lisenziyasının satın alınması üzrə qalib“BestComp Group”Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 01 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır;
-Lot 3. Bakı şəhəri ərazisində yerləşən mərkəzlər üzrə Fondun əməkdaşları üçün bədən tərbiyyəsi və idman xidmətlərinin satın alınması üzrə qalibFərdi sahibkar Almasov İsmayıl Ağabala oğlu olmuşdur. Qalib fərdi sahibkarla 01 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.