oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Kotirovka Sorğusu 09.10.2018

Kotirovka Sorğusu 09.10.2018

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) aşağıdakı lotlar üzrə

KOTİROVKA SORĞUSU ELAN EDİR


Lot 1: Ümumi təyinatlı (inzibati işçilər üçün) işçi geyimlərinin satın alınması;

Lot 2: Xüsusi təyinatlı işçi geyimlərinin satın alınması.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 18 oktyabr 2018-ci il saat 18:00-dan gec olmamaq şərti ilə Bakı şəhəri, Heydər Əliyev prospekti 165 ünvanına təqdim etməlidirlər. Təklif olunan qiymət kotirovkalarında malların (işlərin, xidmətlərin) qiymət dəyərindən başqa bütün vergi və rüsumlar, nəqliyyat və digər xərclər göstərilməlidir.

Hər bir iddiaçı yalnız bir qiymət kotirovkası təqdim edə bilər və onun öz kotirovkasını dəyişməsinə icazə verilmir.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri tender komissiyası tərəfindən qəbul olunmur və açılmadan geri qaytarılacaqdır.

Tələb olunan mallara (işlərə, xidmətlərə) ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə satınalma müqaviləsi bağlanacaq.

Kotirovka təklifləri Bakı şəhəri, Heydər Əliyev prospekti 165 ünvanında 19 oktyabr 2018-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Kotirovka sorğusu ilə əlaqədar suallarTSK2018@oilfund.azünvanlı elektron poçta göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxs lot 1 üzrə Əli Rzayev (dax.: 1005), Lot 2 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025)

Tender komissiyası