Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)
aşağıdakı lotlar üzrə
AÇIQ TENDER ELAN EDİR
Lot 1: Dəftərxana ləvazimatlarının satın alınması;
Lot 2: Təsərrüfat mallarının satın alınması;
Lot 3: Ümumi havalandırma qurğuları (AHU və Fan coil) üçün sərfiyyat mallarının satın alınması;
Lot 4: Mətbəə işlərinin satın alınması;
Lot 5: RSA və Cisco sistemlərinin lisenziyaların 1il müddətinə uzadılması;
Lot 6: İnzibati binada quraşdırılmış yanğın söndürmə sistemləri və avadanlıqlarına texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 7: Yanğın söndürmə qurğularına (FM 200) texniki xidmətin satın alınması;
Lot 8: Yanğından mühafizə sistemlərinə və qurğularına texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 9: Kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınması;
Lot 10: Ümumi soyutma qurğularına (Chiller) texniki xidmətin satın alınması;
Lot 11: Generatorlara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 12: Fasad təmizləmə qurğularına texniki xidmətin satın alınması;
Lot 13: Serverlər üçün soyutma qurğularına (Cracks) texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 14: Su təmizləyici qurğulara texniki xidmətin (sərfiyyat malları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 15: Su nasoslarına texniki xidmətin satın alınması;
Lot 16: Qazanlara (Boiler) texniki xidmətin satın alınması;
Lot 17: Mühəndis-texniki avadanlıqlara texniki xidmətin satın alınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Tender prosedurları 14 iyun 2019-cu il yerli vaxtla saat 10:00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər (tender təklifi və təklifin təminatı istisna olmaqla) 31 may 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri (təklifin təminatı ilə birlikdə) isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 13 iyun 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
İştirak haqqı Lot 1, Lot 2, Lot 3, Lot 4, Lot 6, Lot 7, Lot 9, Lot 10, Lot 11, Lot 12, Lot 13, Lot 14, Lot 15, Lot 16 və Lot 17 üzrə 50 (əlli) manat, Lot 5 və Lot 8 üzrə isə 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğular TSK2019@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+99412) 498 77 53, əlaqələndirici şəxslər: Lot 4 üzrə Aynur Səmədova (dax.: 6006), Lot 5 üzrə Nailə Məmmədli (dax.: 9005), Lot 1, Lot 2, Lot 3, Lot 6, Lot 7, Lot 8, Lot 9, Lot 10, Lot 11, Lot 12, Lot 13, Lot 14, Lot 15, Lot 16 və Lot 17 üzrə Elşad Bağırov (dax.: 1010), hüquqi məsələlər üzrə Kəmalə Rəhimova (dax.: 8023)).
Tender komissiyası