oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Tender Elanı 24.05.2019

Tender Elanı 24.05.2019

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə

AÇIQ TENDER ELAN EDİR

Lot 1: Condair markalı nəmləndirmə avadanlıqlarını enerji təchizatı ilə təmin etmək məqsədilə elektrik mallarının satın alınması və quraşdırılması;

Lot 2: Server tipli komputerlər üçün ehtiyat hissələrinin satınalınması:

ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.

Tender prosedurları 12 iyul 2019-cu il yerli vaxtla saat 10:00-da, ARDNF-in yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

  • tenderdə iştirak etmək üçün ərizə;
  • podratçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • podratçının ixtisas göstəricilərinə dair məlumat;
  • tender təklifi (tender təklifinin qiymətinin 1 faizi həcmində tender təklifinin təminatı (bank zəmanəti) ilə birlikdə);
  • podratçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı.

Podratçılardan tələb olunan sənədlər 02 iyul 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla 11 iyul 2019-cu il, yerli vaxtla saat 18:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.

Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.

Lot 1 üzrə iştirak haqqı 100 (yüz) manat və Lot 2 üzrə iştirak haqqı 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.

Tender ilə əlaqədar suallar və sorğular TSK2019@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 əlaqələndirici şəxslər Lot 1 üzrə Elşad Bağırov (dax.: 1010), Lot 2 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Kəmalə Rəhimova (dax.: 8023)).

Tender komissiyası