Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
aşağıdakı lotlar üzrə
AÇIQ TENDER ELAN EDİR
Lot 1. Elektron Sənəd Dövriyyəsinin təşkilinə dair proqram təminatının satın alınması;
Lot 2. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrin monitorinqi üzrə texniki xidmətin satın alınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Tender prosedurları 06 sentyabr 2017-ci il, yerli vaxtla saat 11.00-da, ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 23 avqust 2017-ci il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 05 sentyabr 2017-ci il, yerli vaxtla 18:00-aqədər hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Hər bir lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğular TSK2017@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot 1 üzrə, Kargüzarlıq məsələləri üzrə Çəməngül Mustafayeva (dax.: 1001), Texniki məsələr üzrə Orxan Şahverdiyev (dax.: 1202), Kadr məsələləri üzrə Ofeliya Əsgərzadə (dax.: 8002), Lot 2 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).
Tender Komissiyası