“Azərbaycan qəzeti”-nin 31 may 2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları barədə 2018-2019-cu illəri əhatə edən HSŞ hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun şəkildə üzləşdirilməsi, təhlil edilməsi və tələb edilən ümumi məlumatların toplanması xidmətlərin satınalınması məqsədilə dərc olunmuş elan üzrə keçirilən xidmət təklifləri sorğusunda qalib “Grant Thornton” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycandakı filialı olmuşdur.