“Azərbaycan” qəzetinin 13, 15 və 18 fevral 2020-ci il tarixli nömrələrində və Dövlət satınalmalarının vahid internet portalında (https://www.etender.gov.az) Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən keçirilən elektron satınalmalarda (eTender) Təsərrüfat avadanlıqlarının və Su təmizləyici qurğular üçün təmir materiallarının satın alınması üzrə “Arhun Service” MMC, Yanğın siqnalizasiya sistemi üçün ehtiyat hissələrinin satın alınması üzrə “Caspian Building Systems” MMC, Mətbəə işlərinin satın alınması üzrə isə “Promoline Advertising” MMC qalib olmuşdur.
Qalib şirkətlərlə 27 aprel 2020-ci ildə hər lot üzrə ayrıca müvafiq satınalma müqavilələri imzalanmışdır.
Tender Komissiyası