Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)
aşağıdakı lotlar üzrə
açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.
İdiaçılara təklif edilir ki, https://www.etender.gov.az Dövlət satınalmalarının vahid internet portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar Çap və nüsxələmə avadanlıqlarına texniki xidmətin satın alınması üçün 20 AZN, Qazanlara (Boiler) texniki xidmətin satın alınması üçün 50 AZN, Fasad təmizləmə avadanlıqlarına texniki xidmətin (təmir materialları daxil olmaqla) satın alınması üçün 100 AZN, Dəftərxana ləvazimatlarının satın üçün 50 AZN və Kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınması üçün isə 50 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar Çap və nüsxələmə avadanlıqlarına texniki xidmətin satın alınması üçün tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 25 noyabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 03 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 04 dekabr 2020-cu il saat 10:00-da açılacaqdır.
İddiaçılar Qazanlara (Boiler) texniki xidmətin satın alınması və Fasad təmizləmə avadanlıqlarına texniki xidmətin (təmir materialları daxil olmaqla) satın alınmasi üçün tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 27 noyabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 07 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 08 dekabr 2020-cu il saat 10:00-da açılacaqdır.
İddiaçılar Dəftərxana ləvazimatlarının satın alınması və Kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınması üçün tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 30 noyabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 08 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 09 dekabr 2020-cu il saat 10:00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası