oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

eTender elanı-18.11.2020

eTender elanı-18.11.2020

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə

açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.

  1. Fiziki təhlükəsizliklə bağlı avadanlıqların (Server) satın alınması;
  2. Giriş-çıxışa nəzarət sisteminin, skan proqram təminatının və lisenziyalarının satın alınması;
  3. RSA sistemi üzrə texniki xidmətin göstərilməsinin satın alınması.

İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az Dövlət satınalmalarının vahid internet portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar fiziki təhlükəsizliklə bağlı avadanlıqların (Server) satın alınması üçün 150 AZN, giriş-çıxışa nəzarət sisteminin, skan proqram təminatının və lisenziyalarının satın alınması üçün 120 AZN və RSA sistemi üzrə texniki xidmətin göstərilməsinin satın alınması üçün isə 100 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 08 dekabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 16 dekabr 2020-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 17 dekabr 2020-cu il saat 10:00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası