oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

e-Tender elanı 01.12.2020

e-Tender elanı 01.12.2020

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF)

aşağıdakı lotlar üzrə

açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.

  1. Qaz vasitəsilə avtomatik yanğınsöndürmə qurğularına (FM200) texniki xidmətin satın alınması;
  1. Ümumi soyutma qurğularına (Chiller) texniki xidmətin satın alınması;
  2. Bayraqlara və bayraq dirəklərinə texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması;
  3. Su təmizləyici qurğulara (sərfiyyat materialları daxil olmaqla) texniki xidmətin satın alınması;
  4. Su nasoslarına texniki xidmətin satın alınması;
  5. Generatorlara texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması;
  6. Zəlzələ və hər növ vibrasiya bildirici detektorların satın alınması.

İddiaçılara təklif edilir ki, https://www.etender.gov.az Dövlət satınalmalarının vahid internet portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak etmək istəyən iddiaçılar Qaz vasitəsilə avtomatik yanğınsöndürmə qurğularına (FM200), Bayraqlara və bayraq dirəklərinə, Su nasoslarına texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) və Zəlzələ və hər növ vibrasiya bildirici detektorların satın alınması üçün 50 AZN, Ümumi soyutma qurğularına (Chiller), Su təmizləyici qurğulara və Generatorlara texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması üçün isə 100 AZN məbləğində müəyyən edilən iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 21 dekabr 2020-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 29 dekabr 2020-ciil saat 18:00-aqədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 30 dekabr 2020-cu il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası