oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Kotirovka sorğusu-23.12.2020

Kotirovka sorğusu-23.12.2020

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ümumi təyinatlı (inzibati işçilər üçün) işçi geyimlərinin satın alınması üzrə

KOTİROVKA SORĞUSU ELAN EDİR

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 29 dekabr 2020-ci il saat 1800-dan gec olmamaq şərti ilə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvana təqdim etməlidirlər. Təklif olunan qiymət kotirovkaları malları qiymət dəyərindən başqa bütün vergi və rüsumlar, nəqliyyat və digər xərclər nəzərə alınmaqla göstərilməlidir.

Hər bir iddiaçı yalnız bir qiymət kotirovkası təqdim edə bilər və onun öz kotirovkasını dəyişməsinə icazə verilmir.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri Tender komissiyası tərəfindən qəbul olunmur və açılmadan geri qaytarılacaqdır.

Tələb olunan mallara ən aşağı qiymət kotirovkası təqdim etmiş iddiaçı ilə satınalma müqaviləsi bağlanacaqdır.

Kotirovka təklifləri AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda 30 dekabr 2020-ci il saat 1000-da açılacaqdır.

Kotirovka sorğusu ilə əlaqədar suallar TSK2020@oilfund.az ünvanlı elektron poçta göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53, əlaqələndirici şəxs: Əli Rzayev (dax.: 1005).

Tender komissiyası