“Azərbaycan” qəzetinin 18 noyabr 2020-ci il tarixli nömrəsində dərc edilmiş və dövlət satınalmalarının vahid internet Portalında (https://www.etender.gov.az) Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən keçirilən elektron satınalmada (eTender) RSA sistemi üzrə texniki xidmətin göstərilməsinin satın alınması üçün təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu LOT üzrə eTenderin davamından imtina edilmişdir.
Tender Komissiyası