oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

eTender elanı-07.05.2021

eTender elanı-07.05.2021

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

açıq tender elan edir

LOT1. Ümumi təhlükəsizlik sistemləri üçün yeni proqram təminatlarının və lisenziyalarının satın alınması

(İCPAM, skan proqramı və s.);

LOT2. Cisco IT avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 (bir) il müddətinə uzadılması xidmətinin satın alınması.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yuxarıda qeyd edilmiş 2 (iki) LOT üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma (eTender) keçirir.

eTenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər. İdiaçılara təklif edilir ki, https://www.etender.gov.az dövlət satınalmalarının vahid internet Portalına (Portal) asan və ya elektron imzaları vasitəsilə daxil olsunlar və eTender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. eTenderdə iştirak haqqı LOT 1 üzrə 100 AZN, LOT2 üzrə isə 150 AZN məbləğində müəyyən edilmişdir. İddiaçılar iştirak edəcəkləri LOT üzrə müəyyən edilmiş iştirak haqqını Portal üzərindən “ASAN ödəniş” sisteminə keçid edərək ARDNF-nin qeydiyyatdan keçmiş aşağıdakı hesabına köçürdükdən sonra tələb olunan sənədləri və tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər. Tələb olunan sənədlərin siyahısı Portalda göstərilmişdir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu

Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165

VÖEN: 9900041961

H/h:AZ84NABZ01360400000000001944

Bank: Azərbaycan Respublikasının Mərkəzi Bankı

Kod: 501004

VÖEN: 9900071001

M/h: AZ74NABZ01451700000000001944

S.W.I.F.T bik: NABZAZ 2C

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tələb olunan sənədləri (tender təklifi və təklifin təminatı istisna olmaqla) 02 iyun 2021-ci il saat 10:00-a, tender təkliflərini (təklifin təminatı ilə birlikdə) 10 iyun 2021-ci il saat 18:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. Təkliflər 11 iyun 2021-ci il saat 10:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

eTenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası