oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Bildiriş 03.04.2017

Bildiriş 03.04.2017

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması məqsədilə 16 və 29 dekabr 2016-cı il tarixlərində “Xalq Qəzeti”-də dərc olunmuş elanlar üzrə keçirilən 25 lotdan ibarət açıq tenderdə Lot 25: Fiziki təhlükəsizlik sahəsində Perimetrə giriş-çıxışı idarəetmə informasiya sistemi, binanın girişə nəzarət sistemi, video-müşahidə sistemi və s. texniki xidmətin satın alınması və Lot 20: İT sistemlərində mövcud lisenziyanın müddətinin uzadılması, funksionallığın sayının artırılması və bəzi yeni lisenziyaların satın alınmasıüzrə qalib “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 15 mart 2017-ci il tarixdə hər bir lot üzrə ayrıca müvafiq satınalma müqavilələri imzalanmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması məqsədilə 24 dekabr 2016-cı il və 11 yanvar 2017-ci il tarixlərində “Xalq Qəzeti”ndə dərc olunmuş elanlar üzrə keçirilən 9 lotdan ibarət açıq tenderdəLot 1: İnzibati binanın daşınmaz əmlakının və onun istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və daşınar əmlakın könüllü sığortası xidmətlərinin satın alınmasıüzrə qalib “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 16 mart 2017-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən malların (işlərin, xidmətlərin) satın alınması məqsədilə 24 dekabr 2016-cı il və 11 yanvar 2017-ci il l tarixlərində “Xalq Qəzeti”ndə dərc olunmuş elanlar üzrə keçirilən 9 lotdan ibarət açıq tenderdəLot 3: Cisco İnformasiya Texnologiyaları avadanlıqlarına (SMARTNET) istehsalçı zəmanətlərinin 1 (bir) il müddətinə uzadılması xidmətinin satın alınmasıüzrə qalib “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti olmuşdur. Qalib şirkətlərlə 30 mart 2017-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.