Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF)
aşağıdakı lotlar üzrə
AÇIQ TENDER ELAN EDİR
Lot 1:İnzibati binada quraşdırılmış Simplex markalı yanğın siqnalizasiya sistemlərinə texniki xidmətin satın alınması;
Lot 2:İnzibati binada quraşdırılmış azot qazı ilə doldurulmuş (FM200) yanğın söndürmə sisteminə texniki xidmətin satın alınması;
Lot 3: İnzibati binada quraşdırılmış yanğınsöndürmə sistemlərinə və avadanlıqlarına (nasoslar, drençerlər, spinkerlər, balonlar, hidrantlar) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 4: İnzibati binada quraşdırılmış liftlərə (6 ədəd sərnişin və 2 ədəd yük) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 5:İnzibati binada quraşdırılmış transformatorlara, aşağı və orta gərginlikli elektrik qurğulara texniki xidmətin satın alınması;
Lot 6:İnzibati binada quraşdırılmış su nasoslarına və sisteminə texniki xidmətin satın alınması;
Lot 7:İnzibati binada quraşdırılmış ümumi soyutma qurğularına (Chiller) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 8:İnzibati binada quraşdırılmış kəsintisiz güc mənbələrinə (UPS) texniki xidmətin satın alınması;
Lot 9:İnzibati binada quraşdırılmış Desigo insight markalı bina idarəetmə sisteminə (BMS) texniki xidmətin satın alınması;
Lot 10: İnzibati binada quraşdırılmış su təmizləyici qurğulara texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 11: İnzibati binada quraşdırılmış 2 ədəd qazan, 2 ədəd odluq (brülör) və 2 ədəd ehtiyat isti su çənlərinə (boiler) texniki xidmətin satın alınması;
Lot 12: İnzibati binada quraşdırılmış serverlər üçün soyutma qurğularına (Crack) texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 13:İnzibati binada quraşdırılmış fasad təmizləmək üçün nəzərdə tutulan avadanlıqlara (Mars 313A və mars 315A) texniki xidmətin satın alınması;
Lot 14:İnzibati binada quraşdırılmış generatorlara texniki xidmətin (sərfiyyat materialları və onların dəyişdirilməsi daxil olmaqla) satın alınması;
Lot 15:İnzibati binada quraşdırılmış təhlükəsizlik üzrə mühəndis-texniki avadanlıqlara texniki xidmətin satın alınması;
Lot 16:İnzibati binada quraşdırılmış ümumi havalandırma qurğuları üçün qayış və filtrlərin satın alınması;
Lot 17:İnzibati binada quraşdırılmış kəsintisiz güc mənbələri (UPS) üçün akkumulyatorların satın alınması;
Lot 18:Dəftərxana ləvazimatlarının satın alınması;
Lot 19:Kargüzarlıqla bağlı çap işlərinin satın alınması (qeydiyyat jurnalı, təbrik qovluğu, vizit kartı, açıqca, zərf və s.);
Lot 20:İT sistemlərində mövcud lisenziyanın müddətinin uzadılması, funksionallığın sayının artırılması və bəzi yeni lisenziyaların satın alınması:
· Oracle lisenziyalarının 1 il müddətinə uzadılması;
· Adobe lisenziyasının 1 il müddətinə uzadılması;
· Symantec (Backup Exec) lisenziyalarının 1 il müddətinə uzadılması;
· Variphy Insight Annual Subscription lisenziyasının 1 il müddətinə uzadılması;
· Microsoft - yeni lisenziyaların alınması;
· Crystal Report - yeni lisenziyanın alınması;
· Skybot Scheduler - yeni lisenziyaların alınması;
· Vmware - yeni lisenziyaların alınması;
Lot 21: Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satın alınması;
Lot 22: HP, Dell, EMC,Cisco və s. markalar üzrə əsas avadanlıqların (komputer monitorları,komputerlər (laptop), server avadanlıqları və s.) satın alınması;
Lot 23: İnformasiya texnologiyaları sistemlərinə (saxlanc avadanlıqları, müraciətlərin balanslaşdırılma sistemi, professional iclas avadanlıqları, İP telefoniya, virtual platforma, elektron məktub və s.) texniki xidmətin satın alınması;
Lot 24:Mühafizə olunan sahədə siqnalizasiya informasiya sistemi üzrə texniki xidmətin satın alınması;
Lot 25:Perimetrə giriş-çıxışı idarəetmə informasiya sistemləri üzrə texniki xidmətin satın alınması.
ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.azünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF üçün malların, işlərin və xidmətlərin satın alınmasını əhatə edir.
Tender prosedurları02 fevral 2017-ci il yerli vaxtla saat 10.00-da,ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər23 yanvar 2017-ci il, yerli vaxtlasaat18:00-aqədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə hər lot üzrə ayrı-ayrı zərflərdə olmaqla01 fevral 2017-ci il, yerli vaxtlasaat18:00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165 ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Hər bir Lot üzrə iştirak haqqı 100 (yüz) manat məbləğində müəyyən edilmişdir. Tenderin Əsas Şərtlər Toplusu tenderdə iştirak edən podratçılara müvafiq Lot üzrə iştirak haqqı göstərilən hesaba ödənildikdən sonra təqdim ediləcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondu
Ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 165
VÖEN: 9900041961
H/h:AZ84NABZ01360400000000001944
Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
M/h: AZ74NABZ01451700000000001944
S.W.I.F.T bik: NABZAZ 2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğularTSK2017@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (əlaqələndirici şəxslər: Lot 1-19 üzrə Elşad Bağırov (dax.: 1010), Lot 20-23 üzrə Orxan Şahverdiyev (dax.: 1202), Lot 24-25 üzrə Nailə Məmmədli (dax.: 9005), hüquqi məsələlər üzrə Fatimə Səlimli (dax.: 8025).