ARDNF Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1999-cu il tarixli, 240 №-li Fərmanı ilə yaradılmış dövlət təsisatıdır. ARDNF barədə məlumatlarla http://www.oilfund.az ünvanında yerləşən internet səhifəsində tanış olmaq olar.
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən açıq tender ARDNF-nin əməkdaşlarının tibbi sığorta xidmətlərini əhatə edir.
Satın alınacaq xidmətlər Azərbaycan Respublikasında göstərilməlidir.
Tender proseduraları 02 dekabr 2016-cı il, yerli vaxtla saat 11.00-da ARDNF-nin yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti165 ünvanında tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaqdır.
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
Podratçılardan tələb olunan sənədlər 22 noyabr 2016-cı il, yerli vaxtla 18:00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə 01 dekabr 2016-cı il, yerli vaxtla 18:00-aqədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə AZ1029, Bakı şəhəri Heydər Əliyev prospekti165, ünvanda yerləşən ARDNF-ə təqdim edilməlidir.
Podratçıların ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün Tibbi sığorta sahəsində ən azı 5 illik təcrübənin, texniki və maliyyə imkanları, idarəetmə səriştəsi kimi meyarlara üstünlük veriləcəkdir.
Tenderin Əsas Şərtlər Toplusu Azərbaycan dilində tərtib olunmuşdur.
Tenderdə iştirak etmək istəyən podratçılar tərəfindən 100 (yüz) manat iştirak haqqı ödənildikdən sonra, onlara Tenderin Əsas Şərtlər Toplusu təqdim ediləcəkdir. İştirak haqqı heç bir halda geri qaytarılmır.
Podratçıların səlahiyyətli nümayəndələri tender təkliflərinin (zərflərin) açılmasında iştirak edə bilərlər.
Tender ilə əlaqədar suallar və sorğular TSX@oilfund.az ünvanlı elektron poçta və ya (+994 12) 565 87 55 nömrəli faksa (əlaqələndirici şəxslər Sitarə Mirabdullayeva, Kəmalə Rəhimova) göndərilə bilər. Əlaqə telefonu: (+994 12) 498 77 53 (dax. 8004,8023)
Azərbaycan Respublikasının
Dövlət Neft Fondu
VÖEN: 9900041961
H/h: AZ84NABZ01360400000000001944
Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 501004
VÖEN: 9900071001
Müxbir
hesab: AZ74NABZ01451700000000001944
S.W.I.F.T: NABZAZ2C