Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Katiblik “Ölkənizdə təbii resusların nəticələrini görürsünüzmü?”mövzusunda video müsabiqə elan edir. Müsabiqə ölkəsində MHŞT-nin tətbiq edilib-edilməməsindən asılı olmayaraq bütün ictimaiyyətə açıqdır. Video çarxlarda MHŞT tətbiqinin ölkədə hansı dəyişikliklər yaratması, hesabatlılığın ölkədə ictimai debat və islahatları necə stimullaşdırması, vətəndaşların və təşkilatların mineral ehtiyatlardan daxil olan gəlirlər barədə informasiyalardan necə istifadə etməsi əks oluna bilər. Video müsabiqənin keçirilməsində əsas məqsəd MHŞT haqqında insanları məlumatlandırmaq və Təşəbbüsü daha geniş yaymaqdan ibarətdir.
Müsabiqədə qalib gəlmiş video mükafat (EITI Chair Award) və 5000 ABŞ dolları ilə təltif olunacaqdır.
Hazırlanmış videoların Beynəlxalq Katibliyə təqdim olunması üçün son müddət 31 dekabr 2012-ci ildir.
Müsabiqə haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış ola bilərsiniz: