oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunda KİV nümayəndələri üçün seminar keçirilmişdir

04 Jul 2012 13:02:42

Neft Fondunda KİV nümayəndələri üçün seminar keçirilmişdir

04 Jul 2012 13:02:42

04 iyul 2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda Fondun əməkdaşları tərəfindən kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün seminar keçirilmişdir.

Seminarın keçirilməsində məqsəd fəaliyyətində daim şəffaflıq məsələlərinə xüsusi önəm verən və şəffaflıq sahəsində əldə etdiyi nailiyyətlərə görə dünyanın bir çox nüfuzlu təşkilatları tərəfindən yüksək qiymətləndirilən Neft Fondu haqqında KİV nümayəndələrinin daha geniş informasiyaya malik olmalarını təmin etmək, Fond barədə daha peşəkar məlumatların yayılmasına və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaqdır.

Seminarda KİV nümayəndələrinə Neft Fondu haqqında ümumi məlumat, Fondun strukturu və idarə edilməsi mexanizmi, Neft Fondunun büdcəsi, maliyyələşdirdiyi layihələr, ARDNF-nin yeni investisiya siyasəti, şəffaflıq sahəsində fəaliyyəti, o cümlədən suveren fondlar və maliyyə bazarlarına dair ətraflı məlumat verilmişdir.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir.

Xəbərlərə abunə ol