oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ilin 9 ayı üzrə gəlir və xərclərinə dair məlumat

22 Oct 2012 12:23:18

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ilin 9 ayı üzrə gəlir və xərclərinə dair məlumat

22 Oct 2012 12:23:18

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2012-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri10 076,4milyon manat, büdcə xərcləri isə7 531,0milyon manat təşkil etmişdir.

2012-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 636,0milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından9 625,7milyon manat, tranzit gəlirləri 5,7 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 2,8 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil etmişdir.

Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər440,4 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri79,3milyon manat təşkil etmişdir.

HesabatdövrüərzindəNeft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 7 038,4milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə251,1milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 115,1milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 97,0milyon manat vəsait ayrılmışdır. 8,3 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 21,1 milyon manat təşkil etmişdir.

2012-ci il oktyabrın 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29800,0milyon ABŞ dolları) nisbətən11,4% artaraq 33 192,4 milyon ABŞ dollarına bərabər olmuşdur.

2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 oktyabr 2012-ci il tarixinə qızılın miqdarı 10 ton 891 kq (350 146 troy unsiya) təşkil etmişdir.

Xəbərlərə abunə ol