oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

21 Jan 2013 14:32:36

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat xidmətinin məlumatı

21 Jan 2013 14:32:36

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2012-ci il ərzində Neft Fondunun büdcə gəlirləri13673,7 milyon manat,büdcə xərcləri isə10 573,6 milyon manat təşkil etmişdir.

2012-ci il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 130,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından13 117,4 milyon manat, tranzit gəlirləri 7,9 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 3,0 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil etmişdir.

Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər543,6 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri253,8 milyon manat təşkil etmişdir.

HesabatdövrüərzindəNeft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 9 905,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə300,0milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 200,0 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 119,0 milyon manat vəsait ayrılmışdır. 20,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 29,6 milyon manat təşkil etmişdir.

2013-cü il yanvarın 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29800,0milyon ABŞ dolları) nisbətən14,5% artaraq 34 129,4milyon ABŞ dollarına bərabər olmuşdur.

2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 yanvar 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 14 ton 934 kq (480 146 troy unsiya) təşkil etmişdir.

Xəbərlərə abunə ol