Dünya Bankı Qrupunun üzvü IFC və Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) bu gün inkişaf etməkdə olan bazarlarda özəl sektorun inkişafının dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi üzrə saziş imzaladılar.
Azərbaycanın Suveren Fonduolan ARDNF bu yaxınlarda bərpa olunan enerji mənbələri və iqlimə münasibətdə müsbət həllər sahəsində çalışan fondların və həyata keçirilən layihələrin inkişafını dəstəkləyən IFC-nin Katalizator Fonduna (IFC Catalyst Fund) 50 milyon ABŞ dolları dəyərində vəsaitin ayrılması üzrə öhdəlik qəbul etmişdir. Bundan əvvəl ARDNF tərəfindən IFC-nin Afrika, Latin Amerikası və Karib Fonduna 100 milyon ABŞ dolları dəyərində investisiya yatırılmışdır. Azərbaycan inkişaf etməkdə olan bazarlar arasında IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti (IFC Asset Management Company) tərəfindən idarə edilən fondlara investisiya yatırmış ilk ölkə olmuşdur.
“Azərbaycan Respublikası qlobal inkişafa böyük əhəmiyyət verir. Neft və qaz ehtiyatlarının satışından əldə etdiyimiz gəlirlərin etibarlı investisiya layihələrinə yatırmağımızın əsas səbəblərindən biri məhz budur.” – ARDNF-nin İcraçı direktoru, Şahmar Mövsümov bildirib. “IFC-nin təcrübəsini və inkişaf etməkdə olan bazarlarda fəaliyyətini yüksək dəyərləndiririk və yatırdığımız investisiyaların güclü inkişafa təsir göstərəcəyini və, həmçinin, yüksək maliyyə gəlirliliyinə malik olacağını gözləyirik. IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti tərəfindən idarə edilən fondlara investisiyaların yatırılması ilə bağlı digər seçimləri araşdırırıq”.
Jin-Yong Cai, IFC-nin İcraçı Vise-Prezidenti və baş direktoru bildirib, “Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə tərəfdaşlığımızı yüksək dəyərləndiririk. Bu kimi sazişlər vasitəsilə, IFC iqtisadi inkişafı şərtləndirən qüvvəyə malik olan və ən lazımi sahələrdə fürsətlər yarada bilən özəl sektora verdiyi dəstəyini artıra bilər.”
IFC-nin Aktivlərin İdarə Edilməsi Şirkəti, IFC-nin tam mülkiyyətində olan törəmə qurumdur və üçüncü tərəflərdən kapitalın cəlb edilməsi və yatırılması, institusional investorlara IFC-nin təcrübəsindən faydalanmağa imkan yaradılması və, bununla yüksək kapital gəlirliliyinin və, həmçinin, vəsaitin yerləşdirildiyi inkişaf etməkdə olan bazarlarda müsbət inkişaf təsirinin təmin edilməsi sahəsində fəaliyyət göstərir. Şirkət beş investisiya fondunun 4,8 milyard ABŞ dolları dəyərində kapitalını idarə edir.
IFC haqqında
IFC, Dünya Bankı Qrupunun üzvü və, müstəsna olaraq, özəl sektor sahəsində fəaliyyət göstərən ən iri qlobal inkişaf təşkilatıdır. IFC investisiyaların maliyyələşdirilməsi, beynəlxalq maliyyə bazarlarından kapitalın cəlb edilməsi və biznes və hökumətlərə məsləhət xidmətlərini göstərməklə inkişaf edən ölkələrə davamlı artımın təmin edilməsi sahəsində yardım göstərir. 2012 maliyyə ilində IFC-nin investisiyaları 20 milyard ABŞ dollarından artıq olan ən yüksək göstərici nümayiş etdirib və, bununla, özəl sektorun iş yerlərinin yaradılması, innovasiyalara təkan verilməsi və dünyanın ən təzyiqli inkişaf çağırışlarının həll edilməsi imkanlarına tətbiqi təsir göstərmişdir. Daha ətraflı məlumat www.ifc.org internet səhifəsində verilir.
ARDNF haqqında
Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılmışdır. 01 yanvar 2013-cü il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 34 129,4 milyon ABŞ dolları təşkil edir.