oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

"UGE-LANCER PTE.LTD" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

24 Jan 2013 20:05:24

"UGE-LANCER PTE.LTD" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

24 Jan 2013 20:05:24

21 yanvar 2013-cü il tarixində Azərbaycanda yeni fəaliyyət göstərən “UGE-LANCER PTE. LTD” şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla “UGE-LANCER PTE. LTD” şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə on yeddinci hesabatda 2012-ci il üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə məlumat verəcəkdir.

2004-cü il noyabrın 24-də 21 yerli və xarici hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən Memorandum imzalanmışdır. Sonradan digər yerli və xarici hasilat sənayesi şirkətləri həmin Memoranduma qoşulmuş və beləliklə, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 32-yə çatmışdır.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol