2013-cü ilmayın 7-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Niderlandın keçmiş Baş naziri, Madrid klubunun prezidenti Vim Kok və onun rəhbərlik etdiyi Madrid Klubunun üzvləri arasında görüş keçirilmişdir.
Görüş zamanı tərəflər rəhbərlik etdikləri qurumlar haqqında ətraflı məlumat vermiş və qarşılıqlı əməkdaşlıq perspektivlərini müzakirə etmişlər.