oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru MHŞT üzrə VI Qlobal Konfransda iştirak edir

24 May 2013 14:19:13

Neft Fondunun İcraçı direktoru MHŞT üzrə VI Qlobal Konfransda iştirak edir

24 May 2013 14:19:13

2013-cü il 23-24 may tarixlərində Avstraliyanın Sidney şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə VI Qlobal Konfrans keçirilir. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti konfransda iştirak edir.

Konfransda MHŞT-nin İdarə Heyətinin fəaliyyətinə dair müxtəlif məsələlər, İdarə Heyətinin yenidən seçilməsi, ölkələrin MHŞT sahəsində əldə etdiyi nailiyyətlər, yeni üzv ölkələrin seçilməsi və s. məsələlər müzakirə edilmişdir.

Azərbaycan Beynəlxalq İdarə Heyətinin üzvü seçilmişdir.

İclasda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş 2 ölkəyə (Toqo, Kot-D’İvuar) tamhüquqlu üzv, iki yeni ölkəyə isə (Filippin və Honduras) namizədlik statusu verilməsi qərara alınmışdır. Daha yeni iki ölkə isə (Fransa və İngiltərə) gələcəkdə MHŞT-yə qoşulmaq istəklərini bəyan etmişlər.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Xəbərlərə abunə ol