Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci ildə fəaliyyəti haqqında hesabatı və maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirənillik hesabatı dərc edilmişdir.
2010-cu ildən başlayaraq Neft Fondu tərəfindən dərc edilən illik hesabatlarda Azərbaycan ədəbiyyatının tanınmış simaları haqqında məlumatlar və yaradıcılıqlarından nümunələr yerləşdirilir. Dövlət Neft Fondunun 2012-ci il üzrə illik hesabatı Azərbaycan dilində fəlsəfi şeirin banisi, görkəmli şair İmadəddin Nəsimiyə həsr edilmişdir.
Bu cür tərtibatda hazırlanan ilk hesabat - 2010-cu il üzrə Neft Fondunun illik hesabatı dahi Nizami Gəncəviyə, 2011-ci il üzrə illik hesabatı isə Azərbaycanın görkəmli şairi Məhəmməd Füzuliyə həsr edilmişdir.
Neft Fondunun illik hesabatının ədəbi əsərlərlə zənginləşdirilmiş yeni tərtibat üslubu eyni zamanda Azərbaycan ədəbiyyatının xarici auditoriyaya tanıdılması prosesinə Fondun kiçik bir töhfəsi olacaqdır.