oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

25 Jul 2013 16:03:29

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

25 Jul 2013 16:03:29

2013-cü il iyulun 25-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-nin 2012-ci il büdcəsinin icrası məsələlərinə baxılmışdır.

Müşahidə Şurası Neft Fondunun İcraçı direktorunun təqdim etdiyi Fondun 2012-ci ildə fəaliyyəti haqqında illik hesabatına, Fondun 2012-ci ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (“Ernst ənd Yanq” şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və Fondun 2012-ci il büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.

Baş nazir Artur Rasi-zadə növbəti müddətə Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri seçilmişdir.

Xəbərlərə abunə ol