Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası təsdiq edilmişdir.
Sərəncama uyğun olaraq, Neft Fondunun 2012-ci il büdcəsinin icrası gəlirləri 13 674 070,1 min manat, xərcləri 10 573 605,8 min manat səviyyəsində olmaqla təsdiq edilmişdir.