oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun 2013-cü il büdcəsinə dəyişikliklər edildi

03 Oct 2013 11:34:48

Dövlət Neft Fondunun 2013-cü il büdcəsinə dəyişikliklər edildi

03 Oct 2013 11:34:48

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 3 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2013-cü il üçün büdcəsinə dəyişikliklər edildi.

Fərmana uyğun olaraq Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin vaxtında icrasını təmin etmək məqsədilə Dövlət Neft Fondundan 2013-cü il üçün bu istiqamətə ayrılan xərclər 107 438 min manatdan 173 938 min manata qədər artırıldı, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə bu il üçün ayrılan vəsait isə138 274,5 min manatdan 71 774,5 min manata qədər azaldıldı.

Xəbərlərə abunə ol