oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

14 Jan 2015 14:49:31

Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilmişdir

14 Jan 2015 14:49:31

2015-ci il yanvar ayının 8-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş Naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsi müzakirə olunmuşdur.

İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2015-ci il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2015-ci il büdcəsinin gəlirlərinin 10 246 611,9 min manat, xərclərinin 11 813 909,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin33 318,0min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2015-ci il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.

Xəbərlərə abunə ol