oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat

01 May 2015 15:28:10

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2015-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumat

01 May 2015 15:28:10

Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2015-ci ilin yanvar-mart ayları ərzində Neft Fondunun büdcə gəlirləri2 028, 0 milyon manat, büdcə xərcləri isə2 335,6milyon manat təşkil etmişdir.

2015-cü ilin ilk 3 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 938,9 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 936,3 və tranzit gəlirləri 2,6 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 89,1 milyon manata bərabər olmuşdur.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 7 488,7 milyon manat təşkil etmişdir.

Hesabatdövrüərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 1 941,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 47,9 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 25,1 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 3,9 milyon manat vəsait ayrılmışdır. 2,7 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılmışdır. 2015-cü ilin yanvar-mart ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 6,9 milyon manat təşkil etmişdir.

2015-ci il aprelin 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən5,86% azalaraq 34 930,5 milyon ABŞ dollarına bərabər olmuşdur.

Xəbərlərə abunə ol