Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri4 054,0 milyon manat, büdcə xərcləri isə4 042,1milyon manat təşkil etmişdir.
2015-ci ilin ilk 6 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 5,7 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 8 013,4 milyon manat təşkil etmişdir.
Hesabatdövrüərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 milyon manat vəsait ayrılmışdır. 5,9 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılmışdır. 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil etmişdir.
2015-ci il iyulun 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən3,56% azalaraq 35 783,3 milyon ABŞ dollarına bərabər olmuşdur. İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlıdır.