oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru İtaliyada Suveren Fondların Beynəlxalq Forumunun 7-ci iclasında iştirak etmişdir

30 Sep 2015 17:23:56

Neft Fondunun İcraçı direktoru İtaliyada Suveren Fondların Beynəlxalq Forumunun 7-ci iclasında iştirak etmişdir

30 Sep 2015 17:23:56

2015-ci il sentyabr ayının 29-30-da İtaliyanın Milan şəhərində Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 7-ci iclası keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsumovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmişdir.

İclas zamanı SFBF üzvləri 2014-cü ildə Dohada keçirilmiş görüşdə müəyyən edilmiş öhdəliklər barəsində fikir mübadiləsi etmiş, investisiya və risklərin idarə edilməsi, daxili idarəçilik məsələləri ətrafında təcrübə mübadiləsi aparmışlar. Bundan əlavə SFBF-nin yeni İdarə heyətinə yeni üzvlər seçilmiş (“Abu Dhabi Investment Authority”, “Qatar Investment Authority”, “GIC Private Limited” və “China Investment Corporation”) və 9-cu iclasın 2017-ci ildə Samruk-Kaznya ASC təfərindən Qazaxıstanda təşkil ediləcəyi elan edilmişdir. 2016-cı ildə baş tutacaq iclas Yeni Zelandiyanın suveren fondu tərəfindən Aukland şəhərində təşkil ediləcəkdir.

Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılmışdır və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabr tarixlərində Bakı şəhərində keçirmişdir. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.

Xəbərlərə abunə ol