Azərbaycan Respublikası Dövlət Neft Fondu bildirir ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun büdcə gəlirləri5 543,4 milyon manat, büdcə xərcləri isə6 397,1milyon manat təşkil etmişdir.
2015-ci ilin 9 ayı ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 492,2 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 479,5 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 8,4 milyon manat təşkil etmişdir.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 51,2 milyon manata bərabər olmuşdur.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 7 828,3 milyon manat təşkil etmişdir.
Hesabatdövrüərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 5 650,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 milyon manatvəsait ayrılmışdır."Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 22,6 milyon manat vəsait ayrılmışdır. 16,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilmişdir. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 489,3 milyon manat vəsait ayrılmışdır. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 20,2 milyon manat təşkil etmişdir.
2015-ci il oktyabrın 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən6,38% azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olmuşdur.