2015-ci il oktyabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilmişdir. Azərbaycan Respublikasının Baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri cənab Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsi müzakirə olunmuşdur.
İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2016-cı il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2016-cı il büdcəsiningəlirlərinin6 711 564,1min manat, xərclərinin8 261 399,7 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin24 420,0min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2016-cı il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.
Bununla yanaşı iclasda Azərbaycan Respublikası Dövlət Neft Fondunun mühasibat sisteminin “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartların”dan “Maliyyə Hesabatlarının Beynəlxalq Standardları”na keçidi və bu keçidə uyğun olaraq hazırlanmış yeni Mühasibat Uçotu Siyasəti və Hesablar Planı məqbul hesab edilmişdir.