oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Neft Fondunun İcraçı direktoru ilə ABŞ dövlət katibinin köməkçisinin müavini Bridcet Brink arasında görüş keçirilmişdir

24 Nov 2015 11:00:34

Neft Fondunun İcraçı direktoru ilə ABŞ dövlət katibinin köməkçisinin müavini Bridcet Brink arasında görüş keçirilmişdir

24 Nov 2015 11:00:34

2015-ci il noyabr ayının 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridcet Brink arasında görüş keçirilmişdir.

Şahmar Mövsümov xanım Brinkə Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti və Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat vermişdir.

Görüşdə ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır.

Xəbərlərə abunə ol