oil fund

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDU

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib

22 Aug 2016 16:23:00

Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun növbəti iclası keçirilib

22 Aug 2016 16:23:00

2016-cı il avqust ayının 22-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

İclas zamanı tərəflər mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlıq işlərini, 2015-ci il MHŞT hesabatlılığının Başlanğıc hesabatını, MHŞT üzrə Qiymətləndirmə prosesinin gedişatını, MHŞT-ni tətbiq edən ölkələrdə Elektron Hesabatlılıq Sistemi və bu sistemin Azərbaycanda tətbiqinin mümkünlüyünü, MHŞT-də baş verən proseslərin və onların nəticələrinin ictimaiyyət üçün işıqlandırılmasını və digər məsələləri müzakirə etmişlər.

İclasda eyni zamanda ÇQ-nin Davranış Kodeksi qəbul olunmuşdur.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Xəbərlərə abunə ol