2016-cı il noyabr ayının 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov ilə Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib.
Ş. Mövsümov ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.
Görüş zamanı cənab V. Janq Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb.
Görüşdə, həmçinin Azərbaycan ilə AİB arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.